“Araz Naxçıvan”ın Maçadosu 20 yə çatdı

24.01.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Araz-Naxçıvan”ın Maçadosu 20-yə çatdı

Ramon Maçado Premyer Liqada 20-ci qolunu vurub. “Araz-Naxçıvan”ın futbolçusu Misli Premyer Liqasının 17-ci turunun “İmişli” ilə səfər matçında (2:2) fərqlənib.

QOL.az xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına görə, 35 yaşlı hücumçu 93-cü oyununda 20-yə çatıb. Premyer Liqada 2021/22 mövsümündə debüt edən Maçado “Neftçi”də 5, “Qəbələ”də 8, “Araz-Naxçıvan”da 7 dəfə rəqib qapısına yol tapıb.

O, Premyer Liqa tarixinə 20 və daha çox qol vuran 11-ci braziliyalı kimi düşüb. Bu siyahıya isə 44 qolla Reynaldo Silva başçılıq edir.

1. Reynaldo Silva - 44

2. Junivan Suares - 40

3. Junior Nildo - 37

4. Flavinyo - 31

5. Rafael Utziq - 26

6-8. Dodo - 23

Olavio Juninyo - 23

Kadi Borqes – 23

9. Mario Souza - 22

10. Felipe Santos - 21

11. Ramon Maçado - 20
Qeyd edək ki, Azərbaycan vətəndaşlığı olan braziliyalı Riçard Almeyda daha çox – 51 qola imza atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью