“Araz Naxçıvan”ın oyunlarına təyinatlar bilindi

08.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldğı qrupunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Futbolpress.az xəbər verir ki, UEFA 4 referiyə təyinat göndərib. Orest Dutsiak (Ukrayna), Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro), Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaq. Hakim-inspektor funksiyasını isə Talal Daravşi yerinə yetirəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью