“Araz Naxçıvan”ın rəqibi dəyişdi

18.04.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Araz-Naxçıvan”ın oyun təqvimində dəyişiklik edilib.

Futbolpress.az xəbər verir ki, Küveytin “Al Arabi” komandası ilə qarşılaşma iyulun 24-də, saat 18:00-da (Bakı vaxtı ilə) keçiriləcək. Özbəkistanın “Soqdiana” klubu toplanışa gəlmədiyi üçün onlarla görüş baş tutmayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” Erzurumda ilk yoxlama oyununu “Alanyaspor”a qarşı keçirib. İyulun 16-da baş tutan matç 1:1 hesabı ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью