futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Araz-Naxçıvan”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçularla gücləndirib.
Futbolpress.az xəbər verir ki, Saloniki təmsilçisi “Sassuolo”dan Uroş Raçiçi və “Espanyol”dan Alvaro Teyeronu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi Raçiçlə 4, müdafiəçi Alvaro ilə isə 2 illik müqavilə imzalanıb.
“Araz-Naxçıvan”la “Aris” arasında ilk oyun iyulun 24-də Bakıda olacaq. Cavab görüşü isə iyulun 31-də Yunanıstanda keçiriləcək.