“Araz Naxçıvan”ın rəqibindən növbəti transfer

25.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Araz-Naxçıvan”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Yunanıstan təmsilçisi Fransanın “Nant” klubundan Tino Kadevereni transfer edib. Zimbabveli hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Kadevere karyerası ərzində “Yurqorden”, “Hekken”, “Malyorka”, “Lion” kimi klublarda çıxış edib.

“Araz-Naxçıvan” – “Aris” oyunu iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью