Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Andrey Demçenkonun yeni iş yeri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, 50 yaşlı ukraynalı mütəxəssis Qazaxıstanın “Jenis” klubunun baş məşqçisi təyin olunub. Astana təmsilçisi 2027-ci il mövsümü ərəfəsində onun qayıdışını rəsmən açıqlayıb.
Demçenko daha əvvəl 2025-ci ilin iyun-dekabr aylarında bu komandaya rəhbərlik edib. Həmin dövrdə “Jenis” bütün turnirlərdə keçirdiyi 17 oyunda səkkiz qələbə qazanıb, altı heç-heçə edib və üç dəfə məğlub olub. Komanda Qazaxıstan çempionatını altıncı pillədə başa vurub.
Ukraynalı məşqçi 2026-cı ildə “Araz-Naxçıvan” və Gürcüstanın “İberiya 1999” komandalarında çalışıb. Tbilisi təmsilçisini Konfrans Liqasının liqa mərhələsinə çıxaran mütəxəssis sentyabrın sonunda klubdan ayrılıb.
Demçenko təyinatından sonra azarkeşlərə videomüraciətində qayıdışına sevindiyini deyib:
“Jenis”ə qayıtdığıma çox sevinirəm. Ümid edirəm ki, birlikdə böyük uğurlara nail olacağıq”.
Qeyd edək ki, “Jenis” 2026-cı il Qazaxıstan çempionatını 30 oyunda topladığı 36 xalla səkkizinci pillədə tamamlayıb.