“Araz Naxçıvan”ın yay planı

27.05.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Araz-Naxçıvan”ın 2025-2026-cı illər mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək.

Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb.

Sparrinq-rəqiblər və tarixlər həıə məlum deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью