“Araz Naxçıvan”ın zədəli futbolçularının DURUMU

02.05.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Araz-Naxçıvan”ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Misli Premyer Liqasının XXXIII turu çərçivəsində mayın 3-də “Sabah”la qarşılaşacaq komanda bu gün oyunöncəsi son məşqini keçirib. Zədəli futbolçulardan Sezar Meza Kolli kollektiv məşqlərdə iştirak etsə də, Ramin Nəsirli fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında çalışmalarla kifayətlənib.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sabah” oyunu mayın 3-də “Liv Bona Dea Arena”da keçiriləcək və stadiona giriş biletsiz olacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью