futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Zaqatala” ilə yoxlama oyunundan sonra bir gün istirahət edən “Araz-Naxçıvan” dünən məşqlərini bərpa edib.
Futbolpress.az xəbər verir ki, hava şəraiti ilə əlaqədar məşq prosesi qapalı meydanda keçirilib.
Zədə səbəbindən bir müddətdir komandadan ayrı çalışan İssuf Paro da kollektivə qoşulub.
Qeyd edək ki, “Araz-Naxçıvan” yanvarın 23-də Azərbaycan Premyer Liqasının XVII turunda “İmişli” ilə qarşılaşacaq.
Quba Olimpiya Kompleksinin stadionunda keçiriləcək matç saat 14:30-da başlayacaq və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.