Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən cari ilin yanvar ayı ərzində ittifaq üzvlərinin sanatoriya və istirahət mərkəzlərinə yollayışlardan istifadəsi ilə bağlı statistika açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev sosial media hesabında paylaşım edib.
Paylaşımda bildirilir ki, ümumilikdə 216 təhsil işçisi sanatoriya yollayışları ilə təmin olunub. 449 ittifaq üzvü isə ailə üzvləri ilə birlikdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən sanatoriya və müalicə mərkəzlərində istirahət edib.
Yanvar ayı ərzində ilk həmkarlar təşkilatlarının sədrləri üçün təşkil olunan proqram çərivəsində ailə üzvləri ilə birlikdə ümumilikdə 92 nəfər üçgünlük müalicə paketindən yararlanıb.
Bunlarla yanaşı, ötən ay ərzində rayon və şəhər komitələrinin təşkil etdiyi ekskursiyalara 165 ittifaq üzvü cəlb edilib.