Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Araz Supermarket" MMC barəsində inzibati xəta protokolu tərtib edib.
Bu barədə Newscenter.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb. Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq xəta kimi qiymətləndirilib.
Mehman Mehdiyev