Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İmişli rayonunda bədbəxt hadisə olub.
Hurriyyet.Media xəbər verir ki, hadisə Araz çayının Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Elgün Həsənov çayda çimən zama boğulub. Hazırda onun axtarışları aparılır.
Faktla bağlı araşdırma aparılır.
***
İmişli rayonunda Araz çayında boğulan şəxsin meyiti tapılıb. Elgün Həsənovun meyiti batdığı yerin yaxınlığından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.