Arazda batan yeniyetmənin meyiti çıxarıldı

14.07.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batan şəxsin kimliyi bilinib.

News24.az "Unikal"-a istinadən xəbər verir ki, o, 2008-ci il təvəllüdlü Süleyman Cahangirlidir. Yeniyetmənin meyiti sudan çıxarılıb.

Onun axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью