Arazda boğulan 13 yaşlı Kənanın meyiti tapıldı Yenilənib

18.07.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Araz çayının Saatlı şəhərindən keçən hissəsində adam batıb. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar xəttinə 1 nəfərin batması barədə məlumat daxil olub.

Axtarışlara Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

Araz çayında boğulan şəxsin kimliyi məlum olub.

Belə ki, Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu Araz çayında çimərkən suda boğulub.

Hazırda axtarış işləri davam etdirilir.

***

Yeniyetmənin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilb.

Ziya Əmirxanlı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью