ArazNaxçıvan 13cü belə komanda oldu

16.12.2024

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Fanat.Az xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri Misli Premyer Liqasının XVII turunun “Sabah”la ev matçında 0:1 hesabı ilə uduzublar.

Naxçıvan təmsilçisi sonuncu dəfə avqustun 2-də “Qarabağ”a 1:4 hesabı ilə məğlub olmuşdu. 134 gündən sonra uduzan komanda bu müddətdə 15 qarşılaşmada 12 qələbə qazanıb və 3 heç-heçə edib.

Klub tarixinin rekorduna imza atan “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 15 oyun uduzmayan 13-cü komanda olub. Bu, 37-ci belə seriyadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью