ArazNaxçıvan iki yoxlama oyunu keçirəcək

23.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

"Araz-Naxçıvan" futbol komandası qış hazırlıq prosesi zamanı iki yoxlama oyunu keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv əvvəlcə klubun əvəzediciləri ilə qarşılaşacaq. Bu oyun yanvarın 8-də baş tutacaq.

Üç gün sonra – yanvarın 11-də isə “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə üz-üzə gələcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasında 18 turdan sonra 39 xalla ikinci pillədə qərarlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью