“ArazNaxçıvan” keyfiyyət baxımından “Qəbələ”dən geri qalmır” Elmar Baxşıyev

22.11.2024

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli premyer-liqasının 14-cü turunda “Araz-Naxçıvan” “Kəpəz”i məğlub etdi.
“Football-plus.az” xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Ağır olacağını öncədən təxmin etmişdik. “Kəpəz” son oyunlarda yaxşı performans nümayiş etdirir. Düşünürəm ki, ideal oynamasaq da, komanda şəklində qələbə üçün hər şey etdik.

- Oyuna köklənmək və motivasiya baxımdan probleminiz yoxdu?

- O baxımdan sıxıntımız yozdu. Avram dünən bizə qoşulub. Futbolçuları da başa düşmək olar. Milliyə gedən oyunçuların qoşulması ritmdən uzaq olmağa gətirib çıxarır. “Kəpəz” də yaxşı oynadı. Düşünürəm ki, layiqli qələbə qazandıq.
- Ürfanın yoxluğu nə ilə bağlıdı?
- Zədəsi yoxdu. Bir qədər narahatlığı var idi, bu üzdən Bakıda saxladıq.

- Mustafa Əhmədzadə yığmadan hansı əhval-ruhiyyə ilə qayıtdı?

- Mustafa haqda bir qədər çox danışırıq. Ona da tövsiyyə etmişəm ki, mətbuatdan və populyar verilişlərdən uzaq dursun. Mustafa bir qədər bərkiməlidi.

- Arıdıcıl 4-cü “quru” oyun keçirdiz. “Qəbələ”də çalışdığınız vaxt komanda hücumda effektli idi, müdafiədə bu qədər etibarlı deyildi. Hansısa dəyişikliklər etmisiz?

- Ümumi prinsip eynidi. Sadəcə, bu komanda daha balanslıdı. Ona görə düşünürəm ki, təkcə müdafiədə yox, hücum planında da yaxşı futbolçulara sahibik. “Araz-Naxçıvan” keyfiyyət baxımından “Qəbələ”dən geri qalmır.
- Slavik Alxasovu futbola necə qaytardız?
- Mən futbolçunun yaşına yox, məşqdə etdiyinə önəm verirəm. Slvaik üzərinə nə düşürsə, əlindən gələni etməyə çalışır.
- Yenə zirvəyə yüksəldiz. Bu məqam təzyiq yaradır?
- Mənim üzərimdə heç bir təzyiq yoxdu. Mən təzyiq altında deyiləmsə, komanda da eynidi. Oyun planında daha yaxşı, hücumda daha rəngarəng ola bilərik.
ƏSƏD SEYİDOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью