Icma.az bildirir, Qol.az saytına əsaslanaraq. Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.
QOL.az xəbər verir ki, ilk günə nəzərdə tutulan 3 matçdan 1-i artıq başa çatıb.
İlk iki cütdə Premyer Liqa təmsilçiləri 1-ci Liqanın kollektivləri ilə üz-üzə gəlir. “Səbail” “Qaradağ Lökbatan”ı qəbul edib.
Paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.
Bu mərhələdə "dənizçilər"in rəqibi "Qəbələ" - "Qarabağ" cütünün qalibi olacaq. "Araz-Naxçıvan” isə “Mingəçevir”i sınağa çəkir.
Günün son oyununda isə mərhələnin ən çox maraqla gözlənilən qarşılaşması - “Turan Tovuz” - “Sabah” matçı baş tutacaq.
Cari mövsüm Misli Premyer Liqasında bu komandaların hər iki qarşıdurması heç-heçə yekunlaşıb - 2:2 və 1:1.
Qeyd edək ki, 1/8 finalın digər 5 görüşü sabah keçiriləcək. Xatırladaq ki, 1/8 final mərhələsi 1 oyundan ibarətdir.