ArazNaxçıvan növbəti qələbəsini qazandı

22.11.2024

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Araz-Naxçıvan" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Manset.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv XIV turda "Kəpəz"lə üz-üzə gəlib.

Qarşılaşma 2:0 hesabı ilə yekunlaşıb.

25-ci dəqiqədə Felipe Santos fərqlənib. 86-cı dəqiqədə Bernardo Dias ikinci qolun müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 33-ə çatdıran "Araz-Naxçıvan" hələlik birinci pillədə qərarlaşıb. 7 xalı olan "Kəpəz" sonuncu-10-cu sıradadır.

Qeyd edək ki, turun digər oyunları noyabrın 23-24-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью