ArazNaxçıvan Premyer Liqa tarixində ilkə imza atıb

09.12.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

"Araz-Naxçıvan" tarixdə ilk dəfə Azərbaycan çempionatında turu birinci pillədə başa vurub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVI turunda gerçəkləşib.

Naxçıvan təmsilçisi “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan klubu turu zirvədə bitirib.

Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.

Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью