ArazNaxçıvan Premyer Liqada növbəti qələbəsini qazanıb | Icma.az
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Araz-Naxçıvan" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
"Report"un məlumatına görə, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv XIV turda "Kəpəz"lə üz-üzə gəlib.
Qarşılaşma 2:0 hesabı ilə yekunlaşıb. 25-ci dəqiqədə Felipe Santos fərqlənib. 86-cı dəqiqədə Bernardo Dias ikinci qolun müəllifi olub.
Bu nəticədən sonra xallarının sayını 33-ə çatdıran "Araz-Naxçıvan" birinci pillədə qərarlaşıb. 7 xalı olan "Kəpəz" sonuncu - onuncudur.
Qeyd edək ki, turun digər oyunları noyabrın 23-24-də keçiriləcək.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu