ArazNaxçıvan Qarabağın hegemonluğuna son qoydu

09.12.2024

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Araz-Naxçıvan" tarixdə ilk dəfə Azərbaycan çempionatında turu birinci pillədə başa vurub.

Sportal.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XVI turunda gerçəkləşib.

Naxçıvan təmsilçisi “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan klubu turu zirvədə bitirib. Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir.

“Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib. Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью