“ArazNaxçıvan” rusiyalı mütəxəssisə tapşırıldı Rəsmi

03.01.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Araz-Naxçıvan” futzal klubu qış fasiləsindən sonra yoluna yeni baş məşqçi ilə davam edəcək.

Apasport.az xəbər verir ki, son çempion Evqeni Kukseviçlə anlaşıb. Rusiyalı mütəxəssislə müqavilə 5 ay+1 il müddətini əhatə edəcək.

O, müxtəlif illərdə Rusiyanın “Sibiryak” və “Norilski Nikel” komandalarını çalışdırıb. 53 yaşlı Kukseviç məşqçi kimi Rusiya çempionatının gümüş və bürünc medallarını, 2019/2020-ci il mövsümündə isə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, mövsümə Vitali Borisovun rəhbərliyi altında başlayan “Araz-Naxçıvan”ı daha sonra Predraq Rayiç çalışdırıb. Komanda Yüksək Liqanın 8 turundan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb və lider “Baku Fire”dən 6 xal geri qalır.

"Neftçi"də növbəti ayrılıq “Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib "Qarabağ" qapıçısını göndərir - Özəl "Neftçi" daha bir futbolçusunu yola salır Avropa klubları Zamiq Əliyevi istəyir - ÖZƏL
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью