ArazNaxçıvan Səbaili məğlub edib

07.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Araz-Naxçıvan" Misli Premyer Liqasında "Səbail"i məğlub edib.

"Report"un məlumatına görə, XVI turun ilk oyunu “ASCO Arena”da keçirilib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Ramon Maçado penaltini dəqiq yerinə yetirib. 56-cı dəqiqədə Bernardo Dias adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarını sayını 39-a çatdıran Naxçıvan klubu hələlik birinci pillədə qərarlaşıb. "Dənizçilər" 8 xalla sonuncu-onuncu sırada yer alıb.

Günün ikinci matçında "Qarabağ" "Sabah"ın qonağı olacaq.

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью