ArazNaxçıvan Səbaili məğlub etdi

11.01.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının klublarının iştirakı ilə daha bir yoxlama oyunu keçirilib.

Apasport.az xəbər verir ki, “Araz-Naxçıvan” “Səbail”lə qarşılaşıb.

Görüş “Azərsun Arena”da baş tutub. Hər kəs üçün qapalı keçən matçda Naxçıvan təmsilçisi "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.

Paytaxt təmsilçisinin qolunu Madi Queta vurub. "Araz-Naxçıvan"da isə Bernardo Dias və Miço Kuzmanoviç fərqlənib.

Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsinə ikinci, “Səbail” sonuncu pillədə yollanıb.

Yoxlama oyunu
11 yanvar
“Araz-Naxçıvan” – “Səbail”
- 2:1
“Azərsun Arena”

Diniyev oynadı, komandası heç-heçə etdi Hakimlərimiz Antalyada daha 2 oyun idarə edib "Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşdi “Araz-Naxçıvan” - “Səbail” matçının vaxtı bəlli olub İsgəndərli seçim qarşısında: Super Liqadan təklif var
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью