ArazNaxçıvan Səbaillə üzüzə gələcək

23.12.2024

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək.

"Football-plus.az" xəbər verir ki, hazırlıq prosesini Bakıda keçirəcək “qırmızı-ağlar” iki yoxlama oyununda gücünü sınayacaq. Baş məşqçi Elmar Baxşıyev komandanı əvvəlcə klubun əvəzediciləri ilə görüşdə sınayacaq. Bu oyun yanvarın 8-nə planlaşdırılıb.
Üç gün sonra – yanvarın 11-də isə “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə üz-üzə gələcək. Oyunun başlama saatı barədə əlavə məlumat veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью