Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulacaq.
Redaktor.az xəbər verir ki, sonuncu oyun gününün ilk görüşü Mərdəkanda baş tutub. Burada “Araz-Naxçıvan” “Sumqayıt”ı sınağa çəkib.
Qarşılaşma nominal meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Turun əvvəlki oyunlarının hamısında heç-heçə qeydə alınıb: “Səbail” – “Turan Tovuz” (1:1), “Neftçi” – “Şamaxı” (2:2), “Sabah” – “Kəpəz” (2:2).
Misli Premyer Liqası 13-cü tur 10 noyabr “Araz-Naxçıvan” – “Sumqayıt” 1:0 Qol: Ülvi İsgəndərov, 87.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymurov, Əli Əliyev. “Liv Bona dea Arena”, 16:00.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.