ArazNaxçıvan Sumqayıta qarşı Start heyətlər

10.11.2024

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Misli Premyer Liqasında keçiriləcək 2 oyunla XIII tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, ilk olaraq azarkeşlər "Araz-Naxçıvan" - "Sumqayıt" matçını izləyəcəklər. 

Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan Naxçıvan təmsilçisi həftəiçi təxirə salınmış görüşdə "Zirə"ni məğlub edib. "Kimyaçılar" isə son iki turda aktivinə 3 xal yazdırmağı bacarıb. Son vaxtlar uğurlu qrafik cızan kollektivlərin qarşılaşmasında kimin qalib gələcəyi çox maraqlıdı? 

Qeyd edək ki, bu komandalar arasında 1-ci dövrənin oyunu Naxçıvan təmsilçisinin 0:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Misli Premyer Liqası

II dövrə, XIII tur

16:00. "Araz-Naxçıvan" – "Sumqayıt"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymurov, Əli Əliyev

Mərdəkan. "Liv Bona Dea Arena"

"Araz-Naxçıvan": Kristian Avram, Qara Qarayev, Benni, Urfan Abbasov(k), Omar Buludov, İssuf Paro, Miço Kuzmanoviç, İqor Ribeyro, Felipe Santos, Mustafa Əhmədzadə

"Sumqayıt": Mehdi Cənnətov, Giorgi Xaraişvili, Elvin Bədəlov(k), Rövlan Muradov, Murad Xaçayev, Kamran Quliyev, Səbuhi Abdullazadə, Roy Kehat, Miloş Miloviç, Silvanus Nimeli, Cordan Rezabala

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью