ArazNaxçıvan Turan Tovuzla oyuna 2 itki ilə çıxacaq

30.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün "Turan Tovuz"u qəbul edəcək "Araz-Naxçıvan"ın oyuna neçə itki ilə çıxacağı bəllidir.

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, heyətdə cəzalı futbolçu yoxdur.

Zədəlilərə gəlincə, bunlar braziliyalı yarımmüdafiəçi Karlos Jatoba və digər orta xətt oyunçusu Ramin Nəsirlidir. Fərdi məşqlərə başlayan Jatobanın tovuzlulara qarşı oynamayacağı dəqiqdirsə, baş məşqçi Elmar Baxşıyev bu qarşılaşmada Nəsirlinin də xidmətindən istifadə edə bilməyəcək.

Qeyd edək ki, "Liv Bona Dea Arena"da keçiriləcək "Araz-Naxçıvan" - "Turan Tovuz" qarşılaşması saat 16:00-da başlayacaq.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью