ArazNaxçıvan yoxlama oyununda Sumqayıtla heçheçə edib

09.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasında çıxış edən "Sumqayıt" və "Araz-Naxçıvan" komandaları yoxlama oyununda heç-heçə ediblər.

"Report"un məlumatına görə, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunub.

Matç 2:2 hesabı ilə yekunlaşıb.

Naxçıvan klubunun heyətində Benni və Nunu Rodriges fərqləniblər. "Gənclik şəhəri" təmsilçisində isə Giorgi Karaişvili ilə Casurbek Caloliddinov rəqib qapısına yol tapıblar.

Qeyd edək ki, "Sumqayıt" hazırda turnir cədvəlində 20 xalla 6-cı pillədə qərarlaşıb. "Araz-Naxçıvan" isə 39 xalla ikincidir.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью