Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Misli Premyer Liqasında milli komandaların oyunları ilə bağlı yaranmış 12 günlük fasilə başa çatır.
QOL.az xəbər verir ki, 14-cü turun ilk oyun günündə 1 matç keçiriləcək. Autsayder "Kəpəz" 2-ci yerdəki "Araz-Naxçıvan"ı qəbul edir.
Görüş saat 17:00-da başlayıb. "Kəpəz" bu matçda qalib gələrsə, son pillədən qurtulacaq.
Həmçinin sözügedən oyun "Araz-Naxçıvan" üçün ən azı lider "Qarabağ"ın sabah "Səbail"lə keçiriləcək oyununa qədər ilk pilləyə yüksəlməsi baxımından yaxşı şansdır.
Bu komandalar arasında 1-ci dövrənin görüşündə Naxçıvan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 14-cü turun digər qarşılaşmaları 23 və 24 noyabr tarixlərində oynanılacaq. 22 noyabr (cümə) 17:00.
“Kəpəz” – “Araz-Naxçıvan” - 0:2 (İkinci hissə) Qol: Felipe Santos, 25, Benny, 86 Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov Tovuz şəhər stadionu 23 noyabr (şənbə) 17:00.