“ArazNaxçıvan”dan tarixi rekord

16.12.2024

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri Misli Premyer Liqasının XVII turunun “Sabah”la ev matçında 0:1 hesabı ilə uduzublar.

Naxçıvan təmsilçisi son dəfə avqustun 2-də “Qarabağ”a 1:4 hesabı ilə məğlub olmuşdu. 134 gündən sonra uduzan komanda bu müddətdə keçirdiyi 15 qarşılaşmada 12 qələbə qazanıb və 3 heç-heçə edib.

Klub tarixinin rekorduna imza atan “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ardıcıl ən azı 15 oyunda uduzmayan 13-cü komanda olub. Bu, 37-ci belə seriyadır.

Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda 39 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

“Neftçi”dən ev qələbəsi - YENİLƏNİB Rəşad Sadıqov: “Səbail”lə oyun ən vacib matç olacaq” Kurban Berdıyev: “Hesabı qanunauyğun saya bilərik” Zirədə hesab açılmadı - YENİLƏNİB Millimizin üzvü: “Bizi ağır oyun gözləyir”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью