“ArazNaxçıvan”dan yubiley qələbəsi

02.12.2024

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Araz-Naxçıvan” klubu Azərbaycan çempionatında 30-cu qələbəsini qazanıb.

Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XV turuna təsadüf edib.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda öz meydanında “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib.

Naxçıvan təmsilçisi 30-cu qələbəsini 93-cü oyunda əldə edib. Bu qələbələrdən 19-u evdə, 11-i səfərdə qazanılıb.

“Araz-Naxçıvan”ın ilk uğuru 2000/2001 mövsümünə təsadüf edib. Muxtar Respublika təmsilçisi 2000-ci il avqustun 20-də səfərdə Quba “Şahdağ”ına 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatında 30 və daha çox qələbə qazanan 33-cü komandadır.

“Neftçi”də 20-ci böyükhesablı məğlubiyyət Berezutski Azərbaycan çempionatı tarixində 65-ci oldu Cəlal oynamadı, komandası xal itirdi Samir Abasov: “Ab-havanı "Neftçi" özü yaradır” Qurban Qurbanov: “Lion”la oyunda çox yorulmuşduq”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью