ArazNaxçıvanın baş məşqçisi: Hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi

03.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi.

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Mingəçevir"ə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

44 yaşlı çalışdırıcı qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:

"Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi. Daha çox ehtiyatda qalan, çempionat matçlarında az oynamaq şansı qazanan futbolçuları meydana buraxdıq. Heyətimizdə perspektiv vəd edən gənclər var. Sadəcə onlar çox işləməlidir. Kubokda növbəti rəqib barəsində yox, çempionatda həftəsonu qarşılaşacağımız "Səbail"lə görüşü fikirləşirik. Bütün diqqətimizi, həmin oyuna yönəltmişik".

Qeyd edək ki, "Mingəçevir"ə 3:1 hesabı ilə qalib gələn "Araz-Naxçıvan" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью