ArazNaxçıvanın baş məşqçisi: Nə düşünmüşdüksə, komanda onu yerinə yetirməyə çalışdı

11.01.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nə düşünmüşdüksə, komanda onu yerinə yetirməyə çalışdı.

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Səbail"lə yoldaşlıq matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis futbolçulardan razı qaldığını vurğulayıb:

"Hər iki oyundan razı qaldıq. Yenə hər hissədə fərqli heyətlə oynadıq və futbolçulara eyni yükləməni verdik. Hansı çatışmazlıqlar olduğunu hər iki matçda gördük. Qarşıdakı məşq proseslərinda optimal formaya yaxınlaşacağıq".

Qeyd edək ki, "Azərsun Arena"da baş tutan "Araz-Naxçıvan" - "Səbail" matçı Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью