“ArazNaxçıvan”ın hazırlıq prosesində 1 rəqibi bəlli olub İdman və Biz

23.12.2024

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək.

İdman.biz xəbər verir ki, hazırlıq prosesini Bakıda keçirəcək “qırmızı-ağlar” iki yoxlama oyununda gücünü sınayacaq.

Baş məşqçi Elmar Baxşıyev komandanı əvvəlcə klubun əvəzediciləri ilə görüşdə sınayacaq. Bu oyun yanvarın 8-nə planlaşdırılıb. Üç gün sonra – yanvarın 11-də isə “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə üz-üzə gələcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью