ArazNaxçıvanın legionerləri komandaya qoşuldu

07.01.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qış fasiləsindən maksimum faydalanmağa çalışan “Araz-Naxçıvan” bu gündən təlim-məşq toplanışına başlayıb.

Sportal.az xəbər verir ki, hazırlıq prosesində istirahətlə əlaqədar ölkəsinə yollanmış legionerlər də iştirak edir.

Yanvarın 12-dək davam edəcək hazırlıq prosesi zamanı futbolçular gün ərzində 2 məşq keçəcək. Səhər fitnes zalda çalışacaq komanda üzvləri ikinci hazırlığı stadionda reallaşdıracaq.

Qeyd edək ki, komandamız hazırlıq prosesi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Yanvarın 9-da, “Kapital Bank Arena”da, saat 15:00-da “Sumqayıt”la üz-üzə gələcək “qırmızı-ağlar” 2 gün sonra - yanvarın 11-də “Səbail”lə gücünü sınayacaq. İkinci matçın məkanı və başlama saatı barədə əlavə məlumat veriləcək.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью