ArazNaxçıvanın vitseprezidenti: Komandada köklü dəyişikliklər olacaq

09.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Komandada köklü dəyişikliklər olacaq.

Bunu “Report”a açıqlamasında futzal üzrə Yüksək Liqada çıxış edən "Araz-Naxçıvan" klubunun vitse-prezidenti Mahmud Sadıqov deyib.

O, heyətdə dəyişikliklər olacağını, amma baş məşqçi ilə bağlı hələ ki, qərar verilmədiyini söyləyib:

“Komandada köklü dəyişikliklər olacaq. Baş məşqçi ilə hələ ki, söhbət etməmişik. Millinin təlim-məşq toplanışından sonra, dekabrın 21-də və 26-da oyunlarımız olacaq. Həmin matçlardan sonra komandadaxili iclas olacaq, baş məşqçinin fəaliyyəti dəyərləndiriləcək. Son qərar bu iki matçdan sonra veriləcək. İndi müzakirə etmək etik olaraq düzgün çıxmaz. Amma dəyişikliklər olacaq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda turnir cədvəlində 6 turdan sonra 10 xalla üçüncü pillədə qərarlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью