ARB 24 ün 8 yaşı tamam olur

27.11.2026

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün "ARB 24" telekanalının ümumölkə yayımçısı kimi fəaliyyətə başlamasının səkkiz ili tamam olur.

BAKU.WS xəbər verir ki, ​telekanal 2018-ci il 27 noyabrdan Azərbaycanın ilk biznes-xəbər kanalı kimi ümumrespublika yayımına başlayıb.

​Ötən müddətdə telekanal hazırladığı verilişlərlə tamaşaçıların rəğbətini qazanmağı bacarıb və ciddi auditoriya toplaya bilib.

​"ARB 24" televiziyası iqtisadiyyat, biznes, habelə ölkədə və dünyada baş verən yenilikləri və hadisələri günün 24 saatı mütəmadi olaraq operativ və qərəzsiz şəkildə izləyicilərinə çatdırır.

BAKU.WS kollektivi olaraq "ARB 24"də çalışan həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью