Arbat restoranında çalışan fəhlələr pullarını ala bilmirlər VİDEO

22.10.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aylarla işlədilər, təmir etdilər, amma nə zəhmət haqlarını ala bildilər, nə də aldıqları materialların pulunu...

Bakıvaxtı.az Xəzər Tv-yə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonundakı "Arbat" restoranında təmir işləri aparan fəhlələr aylardır sifarişçidən pulların ala bilmədiklərini iddia edirlər. Şikayətçilərin sözlərinə görə, 5 min 597 manatlıq borc hələ də ödənilməyib.

Vüsal Hüseynov deyir ki, məsələ ilə bağlı sahibkarla əlaqə saxlayıblar.

Sahibkar isə pulu iş icraçısı, özünü Larisa kimi təqdim edən, əsl adı Sevda Məmmədli olan qadına ödənildiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью