Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa əvəzolunmaz hesab etdiyi 5 oyunçunu müəyyənləşdirib.
Metbuat.az xəbər verir ki, Kilian Mbappe və Vinisius Junior Arbeloanın rəhbərlik etdiyi oyunların hamısında iştirak edib. Bildirilir ki, yarımmüdafiədə Cude Bellinghem və Federiko Valverde komandanın əsas oyunçuları hesab edilir. Arbeloa, Tibo Kurtuanı əsas qapıçı hesab edir. “France24”ün məlumatına görə, Arbeloa 5 oyunçunun "toxunulmaz" hesab edilib-edilmədiyi sualına, "Mən həmişə meydanda ən yaxşı oyunçuların olmasını istəyirəm", - deyə cavab verib.
Arbeloa hesab edir ki, sözügedən 5 oyunçu dünyanın ən yaxşı on oyunçusu arasındadır, ona görə də onlara tam etibar edir.