Icma.az, Qol.az saytına istinadən bildirir.
Arbeloa: "6 matçın hamısında qalib gəlməliyik"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
"Real"ın baş məşqçisi Alvaro Arbeloa komandasının çempionluq şanslarını qiymətləndirib.
QOL.az xəbər verir ki, Madrid təmsilçisi 32 turdan sonra La Liqada lider "Barselona"dan 6 xal geridədir və 73 xalla 2-ci yerdədir. Lakin Kataloniya təmsilçisi 1 oyun az keçirib.
Arbeloa isə hələ təslim olmadıqlarını deyib: "Bacardığımız qədər mübarizə aparacağıq. Ümid edirəm ki, əzab-əziyyətli olmayacaq. Komanda qalan bütün oyunlarda qalib gəlməyi qarşısına məqsəd qoyub.
Rəqibin kimliyindən asılı olmayaraq, hər oyunda mübarizə aparmalıyıq. Özümüzdən daha çox şey tələb etməli və qalan 6 matçın hamısında qalib gəlməliyik".