Arbeloa Fulhem ə sabiq klubundan iki transfer istəyir

20.07.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Fulhem"in yeni baş məşqçisi Alvaro Arbeloa komandasını "Real"ın iki futbolçusu ilə gücləndirmək niyyətindədir. Sport24.az xəbər verir ki, ispan mütəxəssis London klubunun rəhbərliyindən Franko Mastantuono və Gonzalo Qarsiyanın transferini reallaşdırmağı istəyib.
Bu barədə "Sun" nəşri məlumat yayıb.
22 yaşlı hücumçu Qonsalo Qarsiya ötən mövsüm Arbeloanın rəhbərliyi altında 32 oyunda 10 qol vurub. O, bundan əvvəl Xabi Alonsonun dönəmində də 8 dəfə fərqlənmişdi.
18 yaşlı cinah oyunçusu Mastantuono isə ötən il "River Pleyt"dən təxminən 38 milyon funt sterlinq qarşılığında "Real"a keçib. O, Arbeloanın çalışdırdığı komandada 18 oyunda 2 qol vurub.
Qeyd edək ki, Arbeloa yaxınlarda "Fulhem"lə 3 illik müqavilə imzalayaraq Marko Silvanı əvəz edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью