Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Arbeloa: "Heç kim təslim olmayacaq"
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
"Real"ın baş məşqçisi Alvaro Arbeloa çempionluq uğrunda mübarizəni uduzulmuş hesab etmir.
QOL.az xəbər verir ki, onun komandası La Liqanın 26-cı turunda "Xetafe"yə 0:1 hesabı ilə məğlub olub. Sona 12 tur qalmış Madrid təmsilçisi hazırda "Barselona"dan 4 xal geridədir. Buna baxmayaraq, mütəxəssis çempionluq yarışından kənarda olmadıqlarını deyib:
"Xeyr, bizim 36 mümkün xalımız qalıb. Bu 36 xal uğrunda mübarizə aparmaqdan başqa məqsədimiz yoxdur. Heç kim təslim olmayacaq. İnanırıq ki, 4 xallıq fərqi aradan qaldıra bilərik. Bura "Real"dır və burada heç kim təslim olmayacaq".
Qeyd edək ki, hazırda lider "Barselona"nın 64, 2-ci yerdəki "Real"ın isə 60 xalı var.