Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Real" İspaniya çempionatının 26-cı turunun son oyununda "Xetafe"yə məğlub olub (0:1).
Fanat.Az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Alvaro Arbeloa nəticədən məyus olduğunu bildirib.
İspaniya nəhənginin rəsmi saytı mütəxəssisin sözlərini belə çatdırıb:
"Düşünürəm ki, rəqibdən daha çox şansımız oldu. Amma futbol şanslarla deyil, qollarla bağlıdır. Rəqibimiz bizi heç təəccübləndirmədi: onlar tam gözlənildiyi kimi oynadılar".
Məğlubiyyət nəticəsində, bu turda qələbə qazanan "Barselona" ilə xal fərqi dörd xala çatıb.