Arbeloa Real ın Vinisiusla müqaviləsinin uzadılması barədə suala cavab verib

22.04.2026

Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Arbeloa "Real"ın Vinisiusla müqaviləsinin uzadılması barədə suala cavab verib


Madridin "Real" klubunun baş məşqçisi Alvaro Arbeloa klubun hücumçusu Vinisius Juniorun müqaviləsinin uzadılması barədə suala cavab verib. Bu barədə Oxuməni.az “Championat.com”a istinadla xəbər verir.
Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Nüfuzlu internet portalı “Transfermarkt” braziliyalı hücumçunun bazar dəyərini 150 milyon avro qiymətləndirir.
"Vinisiusla müqavilənin uzadılması? Ümid edirəm və arzu edirəm ki, o, burada, "Real"da qalsın. Azarkeşlər onu sevirlər", — məşhur jurnalist və insayder Fabrizio Romano X sosial şəbəkəsində Arbeloanın sözlərini sitat gətirir.
Cari mövsümdə Vinisius klub səviyyəsində 48 oyun keçirib, 18 qol vurub və 14 məhsuldar ötürmə edib.
Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью