Arbeloanın necə məşçi olduğunu bilmirəm, amma... Anxel Di Mariya

27.01.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real Madrid"in sabiq vingeri, hazırda "Rosario Sentral"ın formasını geyinən Anxel Di Mariya "kral klubu"nun Xabi Alonsonu istefaya göndərərək baş məşqçi postunu Alvaro Arbeloaya tapşırmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, argentinalı futbolçunun sözlərini AS belə çatdırıb:

"Kilian Mbappe artıq Alonsonun bərbad iş görmədiyini deyib. Çünki o, yalnız İspaniya Superkubokunun finalında "Barselona"ya uduzmuşdu. Ümumi baxsaq, vəziyyət pis deyildi. İş burasıdır ki, "Real"da təzyiq həddindən artıq çoxdur. Böyük klubun səbri dardır və onlara nəticə lazımdır. Bütün hallarda, Alonso əla məşqçidir. 

Arbeloanın necə məşqçi olduğunu bilmirəm, amma o, əla oğlandır. Çox yaxşı münasibətimiz var idi. Başlanğıc çox uğursuz alınsa da, Alvaro vəziyyəti müsbətə doğru dəyişdi. Məncə, işləri qaydasında gedə bilər".

Qeyd edək ki, hazırda 51 xalı olan "Real" La Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Madrid təmsilçisi lider "Barselona"dan 1 xal geri qalır.

Nihat 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью