Arbeloanın təyinatı açıqlandı

28.05.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Real"ın ikinci komandası olan "Kastilya"nın yeni baş məşqçisi rəsmən açıqlanıb.

QOL.az klubun saytına istinadən xəbər verir ki, Raul Qonzalesi bu vəzifədə klubun U-19 komandasını çalışdıran Alvaro Arbeloa əvəzləyib.

Arbeloa da Raul kimi, "Real"ın yetirməsi və uzun illər komandada çıxış etmiş futbolçularındandır. 

42 yaşlı Arbeloa “Real”ın heyətində 2001–2006 və 2009–2016-cı illər aralığında çıxış edib. 2017-ci ildə futbolçu karyerasını başa vuran sabiq müdafiəçi daha sonra məşqçilik fəaliyyətinə başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью