Ard arda 4 elektron siqaret çəkən 12 yaşlı qız öldü KONKRET

30.01.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskva yaxınlığındakı Voskresensk qəsəbəsində 12 yaşlı məktəbli ard-arda dörd elektron siqaret çəkərək ölüb.

KONKRET.az aif.ru-ya istinadən xəbər verir ki, faciə yanvarın 29-da baş verib. Uşağın meyitini işdən evə qayıdan anası aşkar edib. Onun yanında dörd elektron siqaret olub.  İlkin məlumata görə, ölüm səbəb də həmin siqaretlər olub. Ekspertiza qızın hər hansı xroniki xəstəlikdən əziyyət çəkmədiyini müəyyən edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью