Ard arda qayda pozan avtobus tıxac yaradıb sürücüləri özündən çıxardı VİDEO

18.04.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Xəlil Rza Ulutürklə 9-cu köndələn küçələrinin kəsişməsində qaydaları pozan avtobus sürücüsü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 11-də saat 18:14 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 38 saylı müntəzəm marşrut xətti üzr hərəkət edən 77-JT-603 dövlət nömrə nişanlı “Yutong” markalı sərnişin avtobusu düzgün hərəkət zolağında yerləşməyib. Belə ki, yanlış zolaqda dayanan sürücü sağa dönən avtomobillərin hərəkətinə əngəl törədib. Bununla kifayətlənməyən sürücü işıqforun yaşıl işığı yanan vaxt bütöv xəttin tələbini pozaraq sol zolağa manevr edərək həmin zolaqdakı maşınların hərəkətini ləngidib. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью